00:00:00
Yazar
Admin User
26.09.2025 19:57 144 2 dəq oxuma
Siyasət

Netanyahu ABŞ-ni Misirə təzyiq göstərməyə çağırıb

Netanyahu ABŞ-ni Misirə təzyiq göstərməyə çağırıb

İsrailin baş naziri Benyamin Netanyahu Tramp administrasiyasını Sinay yarımadasında artan hərbi varlığına görə Misirə təzyiq göstərməyə çağırıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail hərbi hava qüvvələrini Dohaya hücum etdikdən sonra 12 raket nəticəsində HƏMAS liderlərinin bir neçəsinin və Qətər Təhlükəsizlik Xidmətlərinin bir neçə işçisinin qətlə yetirdikdən sonra əlbəttə ki, bu Yaxın Şərqdə onsuz da gərgin olan dövlətlər arası münasibətlər yeni bir gərgin faicəyə daxil olub:

 

“Belə ki, 14-15 sentyabrda Türkiyədə daxil olmaqla Dohada İslam dövlətlərinin sammiti keçirilmiş və sammitdə İsrail dövləninin Qətərə qeyri-qanuni hücumu pislənibdir. Və bununla əlaqədar bir tərəfdən İraq dövləti, bir tərəfdən Səudiyyə Ərəbistan, bir tərəfdən Misir, hətta İran dövləti də müəyyən bir çıxış ediblər. Səudiyyə və İran dövlətlərinin İslam NATO-nun yaradılması haqqında təklifi, o biri tərəfdən də Misirin başqa bir təkliflə Ərəb dövlətlərinin NATO-nun yaradılması haqqında Misir Prezidenti çıxış edib və o çıxışının axrında İsraili düşmən dövlət adlandırıb. Bu 1979-cu ildən bəri Misir Prezidenti rəhbərliyi birinci dəfədi səsləndirilirib. Və 1979-cu ildə Karl Lüterin rəhbərliyi ilə Kemt Devid görüşü keçirilib. Bu görüşdə Misir dövlətinin Prezidenti və İsrailin Baş Naziri arasında 3 tərəfli müqavilə bağlanıb. ABŞ dövləti hər il həm Misirə, həm də İsrailə müəyyən qədər paket yardımı edir. Bu ABŞ dövlətinin 1979-cu ildən bu günə kimi kənar dövlətlərə etdiyi ən böyük yardımdır. Bu yardımda birinci sırada İsrail, ikinci sırada Misir durur, ancaq Doha görüşündən sonra Misir Prezidentinin İsraili düşmən adlandırması 1979-cu il sazişini sıfıra endirir. Bu günkü gün İsrail quru qoşunları Qəzza bölgəsində bir əməliyyata başlayıbdır və əməliyyat nəticəsində Qəzza bölgəsində olan mülki vətəndaşların Misirə və digər dövlətlərə keçirilməsi nəzərdə tutulur. Böyük ehtimalla ABŞ bu və digər ehtimalla həmin hadisələrə müdaxilə etməsə, yəni ikinci bir Kent Devid sazişi olmasa və İsrailin hakimiyyətdə olan Prezidenti istefa verməsə Yaxın Şərqdə çox böyük gərginlik gözlənilir. Cənab Ərdoğanın ABŞ səfərin də Trampla arasında Yaxın Şərq məsələlərində, əsas İsrail-HƏMAS münasibətləri, İsrail Fələstin münasibətlərində olan vəziyyət müzakirə olunacaqdır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər