00:00:00
Yazar
Admin User
16.09.2025 12:26 149 2 dəq oxuma
Dünya

Netanyahu ideoloji baxımdan demək olar ki, Hitlerlə qohumdur

Netanyahu ideoloji baxımdan demək olar ki, Hitlerlə qohumdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib:


“Netanyahu ideoloji baxımdan demək olar ki, Hitlerlə qohumdur. Onun belə bir xüsusiyyəti var. Necə ki, Hitler əldə etdiyi irəliləyişin təsiri ilə onu gözləyən məğlubiyyəti görə bilməmişdi, Netanyahu da eyni son aqibəti yaşayacaq”.


Prezident Ərdoğan, Qətər səfərindən qayıdarkən jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.


Ərdoğan soyqırımçı İsrailin genişlənməyə yönəlmiş siyasətinə bu sözlərlə etiraz edib:


“İsrail bölgədəki quldurluqlarını sərhəd tanımadan davam etdirir. Qəzza, Suriya, Livan, Yəmən və İrana qarşı hücumlardan sonra bu dəfə Qəzzada sülh danışıqları aparan heyəti Qətərdə hədəfə aldı. Danışıqlar heyətinin bu alçaq hücumun hədəfi olması beynəlxalq sistemə və hüquqa açıq meydan oxumaqdır. Bu, birbaşa müstəqil və sülhpərvər bir ölkənin suverenliyinin pozulmasıdır. İsrailin işğalçı və terrorçu zehniyyətinin gəldiyi nöqtəni bir daha ortaya qoyur. Artıq bütün dünya İsrailin beynəlxalq düzənə açıq təhlükə yaratdığını görür. Türkiyə olaraq, qardaş Qətərin və Fələstin xalqının yanında olduğumuzu ən güclü şəkildə bildiririk. Bu münasibətlə İsrailin dövlət terroruna qurban gedən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.


Dəyərli dostlar, fövqəladə zirvəmizə çoxsaylı dövlət və hökumət başçılarının qatılmasını çox önəmli hesab edirəm. Zirvəmiz İslam dünyasının İsrailin təcavüzünə qarşı ortaq iradəsini və Qətərlə həmrəyliyini güclü şəkildə ortaya qoydu. Bu gün qəbul etdiyimiz bəyanatda İsrailin hücumunun bütün İslam dövlətlərinə yönəldiyini vurğuladıq. Həmçinin, İsrailin Fələstin xalqına qarşı qeyri-insani əməllərini dayandırmaq üçün mümkün olan bütün hüquqi və təsirli tədbirlərin görülməsi çağırışında olduq. Ölkəmizin təşəbbüsü ilə İsraillə diplomatik və iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilməsi də daxil olmaqla əlavə tədbirləri müzakirə etdik. Zirvə çərçivəsində Qətər əmiri başda olmaqla çox sayda liderlə də görüşlərim oldu”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər