00:00:00
Yazar
Admin User
16.06.2025 18:26 183 1 dəq oxuma
Dünya

Netanyahu: İran nüvə danışıqlarına hazır deyil

Netanyahu: İran nüvə danışıqlarına hazır deyil

İsrailin Baş naziri Benyamin Netanyahu İranın hərbi əməliyyatları dayandırmağa və nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olması barədə xəbərləri təkzib edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, bu barədə ABC News-a müsahibəsində deyib.

 

Netanyahu bildirib: "Mən təəccüblənmirəm. Onlar bu saxta danışıqları davam etdirmək istəyirlər, bu danışıqlar zamanı yalan danışır, aldadırlar və ABŞ-ni aldadırlar. Bizim bu barədə çox etibarlı kəşfiyyat məlumatlarımız var".

 

Onun sözlərinə görə, reallıqda Tehran nüvə potensialını və ballistik raket arsenalını təkmilləşdirməyə davam edir.


Baş nazirin fikrincə görə, bundan İsrail əhalisinə qarşı istifadə olunması planlaşdırılır: "Onlar danışıqlar adı altında İsrailə iki ekzistensial təhlükə yaratmağa çalışırlar. Buna yol verməyəcəyik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər