00:00:00
Yazar
Admin User
14.08.2025 18:12 80 1 dəq oxuma
Dünya

Netanyahu İsrailin Qəzzada qələbəsini təmin edəcək beş prinsipi açıqlayıb

Netanyahu İsrailin Qəzzada qələbəsini təmin edəcək beş prinsipi açıqlayıb

"İsrailin Qəzza zolağında təhlükəsizliyini və qələbəsini təmin edəcək 5 əsas prinsip var".


"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.

 

Onun sözlərinə görə, 5 prinsip bunlardır: 1. HƏMAS hərəkatının tam tərksilah edilməsi; 2. Bütün girovların geri qaytarılması; 3. Qəzza zolağının tam demilitarizasiyası; 4. İsrailin Qəzza zolağında təhlükəsizliyə nəzarət etməsi; 5. Qəzzada HƏMAS və Fələstin Administrasiyasının nəzarətində olmayan alternativ mülki idarəetmənin yaradılması.


Kabinet rəhbəri əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir. O həmçinin bu prinsiplərin bir həftə əvvəl hökumət tərəfindən təsdiq edildiyini söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər