00:00:00
Yazar
Admin User
12.09.2025 05:38 100 1 dəq oxuma
Dünya

Netanyahu Qəzza ilə bağlı qalmaqallı layihəyə razılıq verib

Netanyahu Qəzza ilə bağlı qalmaqallı layihəyə razılıq verib

“İsrailin Baş naziri Binyamin Netanyahu, işğal altındakı İordan çayının Qərb sahilini bölərək ilhaq etməyi hədəfləyən və Şərqi Qüdsdəki qanunsuz məskunlaşmaların genişləndirilməsini nəzərdə tutan ‘E1 Layihəsinin’ irəlilədilməsinə razılıq verib.”


“Yedioth Ahronot" qəzetinin məlumatına görə, Netanyahu, fələstinlilərdən qəsb olunmuş torpaqlar üzərində qurulan qanunsuz Ma'ale Adumim məskunlaşmasında ‘E1 Layihəsinin’ irəlilədilməsinə dair keçirilən mərasimdə çıxış edib.


“Netanyahu: ‘Fələstin dövlətinin olmayacağına dair verdiyimiz sözü yerinə yetirəcəyik, bura bizə məxsusdur’ sözləri ilə Fələstinin yaradılmasına icazə verməyəcəklərini iddia edib.


O, Ma'ale Adumim yaxınlığında 3 min 401 qanunsuz mənzilin inşasını nəzərdə tutan E1 planı ilə bu qanunsuz yaşayış məntəqəsinin əhalisini ikiqat artıraraq 70 minə çatdırmağı hədəflədiklərini bildirib və bunu ‘həm tarixi, həm də demoqrafik nailiyyət’ adlandırıb.


İşğal altındakı İordan çayının Qərb sahilinin tamamilə ilhaq edilməsini müdafiə edən ifrat sağçı maliyyə naziri Bezalel Smotrich isə ötən ay işğal altındakı Şərqi Qüdsdə fələstinlilərdən qəsb edilmiş məskunlaşma ərazilərinin genişləndirilməsini nəzərdə tutan ‘E1 Layihəsini’ təsdiqləmə planını ‘Fələstin dövləti ideyasını ortadan qaldıracaq’ sözləri ilə açıqlayıb.


Smotrich verdiyi təsdiqlə Ma'ale Adumim yaşayış məntəqəsi yaxınlığında 3 min 401 mənzilin, ətraf bölgələrdə isə 3 min 515 yeni mənzilin inşa ediləcəyini deyib”


Haber Global
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər