00:00:00
Yazar
Admin User
08.09.2025 17:26 70 1 dəq oxuma
Dünya

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.


"İnformator.az" xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun videomüraciətində deyilir.


O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.


"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər