00:00:00
Yazar
Admin User
21.08.2025 10:15 71 1 dəq oxuma
Dünya

Netanyahu Qəzzanın işğalı əməliyyatının müddətini qısaltmağı əmr edib

Netanyahu Qəzzanın işğalı əməliyyatının müddətini qısaltmağı əmr edib

İsrailin baş naziri Benyamin Netanyahu ordunu Qəzzanın işğalını əvvəlcədən planlaşdırılandan daha tez başa çatdırmağa çağırıb.


Baş nazirin ofisi Qəzzanın işğalı planı ilə bağlı bəyanat yayıb. Bildirilib ki, bu plan beynəlxalq ictimaiyyətin və Qəzza zolağında əsir olan israilli ailələrin tənqidinə səbəb olub.


Netanyahu ordunun əməliyyatı sürətləndirməsi barədə göstəriş verib ki, HƏMAS mümkün qədər tez “məğlub edilsin”.


Səhər saatlarında İsrailin müdafiə naziri İsrael Kats isə Baş Qərargah rəisi Eyal Zamir tərəfindən təqdim olunan Qəzzanın işğalı planını təsdiqləyib.


Qeyd olunub ki, İsrailin Qəzzanı işğal əməliyyatına “Gideonun Arabası II” adı verilib.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər