Netanyahudan Qəzza sakinlərinə
İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib.
Baş nazirin sözlərinə görə, iki gün ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzzada 50 hündürmərtəbəli binanı dağıdıb.
"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.