00:00:00
Yazar
Admin User
29.09.2025 18:33 108 2 dəq oxuma
Dünya

Netanyahunun Argentina Səfəri Seçkilərə görə təxirə salınıb

Netanyahunun Argentina Səfəri Seçkilərə görə təxirə salınıb

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ səfərindən sonra Argentinaya getməyi planlaşdırsa da, Argentina Prezidenti Xavyer Miley parlament seçkiləri ərəfəsində bu səfərin təxirə salınmasını xahiş edib. Miley bunun İsrailə qarşı addım olmadığını, sadəcə seçki kampaniyası dövründə xarici liderlərin səfərlərinin məhdudlaşdırılması siyasəti ilə bağlı olduğunu açıqlayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Netanyahunun səfərinin təxirə salınması Argentina–İsrail münasibətlərinə təsir etməyəcək:

 

“Çünki bu, seçki ərəfəsində belə səfərlər arzuolunan deyil. Ona görə ki, daxili auditoriyada bu cür səfərlər seçkinin taleyinə təsir cəhdi kimi qiymətləndirilə bilər və bu da ölkənin daxili siyasətində xarici faktordan istifadə kimi dəyərləndirilə bilir. Ona görə də Argentina Netanyahunun bu səfərinin təxirə salınmasını uyğun görüb. İndiki dövrdə Argentina Prezidenti ən doğru qərarı verib. Çünki İsrailə münasibət hər yerdə, o cümlədən Argentina ictimai rəyində getdikcə mənfiyə doğru irəliləyir. Bu da Fələstin hərəkatı ilə bağlıdır. Təbii ki, belə bir şəraitdə İsrail liderini qəbul etmiş Argentina lideri seçkidə səslərin müəyyən hissəsini itirə bilər. ABŞ və İsrail əslində ayrı-ayrı dövlətlər deyil. Yəni İsrailin Yaxın Şərqdə həyata keçirdiyi bütün əməliyyatların davamında ABŞ var. 12 günlük İran–İsrail hərbi əməliyyatının sonunda son nöqtəni ABŞ qoyub və bununla da İsrailin İrana hücumları bitib”.

 

Siyasi şərhçinin sözlərinə görə, bu görüş də Yaxın Şərqlə bağlı məsələləri ehtiva edəcək:

 

“Yəni ABŞ İsrailə nə kömək edə bilər, İsrail ümumiyyətlə hərəkatı hansı istiqamətə yönləndirməlidir – bu cür məsələlər ABŞ rəhbərliyi ilə müzakirə olunacaq. Əlavə məsələlər də var: Türkiyə–İsrail münasibətləri, İsrailin ərəb dövlətləri ilə əlaqələri. Bütün bunlara da ABŞ yaşıl işıq yandırıb. Argentina ictimai rəyində Yaxın Şərq o qədər də aktiv deyil. Argentina insanının Fələstin və İsrailin harada olması ilə bağlı xüsusi bir qayğısı da yoxdur. Ona görə də seçkidən sonra Argentinanın Yaxın Şərqə münasibətinin hansısa dəyişəcəyini proqnozlaşdırmaq olmaz. Sadəcə siyasi gündəm fərqli olarsa, manipulyasiyalar başa düşüləndir, ola bilər. Yəni bu, yəqin ki, seçkilərdən sonra da davam edə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər