00:00:00
Yazar
Admin User
05.09.2025 17:40 83 1 dəq oxuma
Dünya

Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib

Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib

İsrailin Baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin Qəzza zolağından insanların çıxarılmasını rəsmi Qahirə üçün "qırmızı xətt" adlandıran bəyanatını tənqid edib.


Bu barədə "İnformator.az" İsrailin 12-ci kanalına istinadən xəbər verir.


"Misir Xarici İşlər Nazirliyi müharibə zonasını öz iradəsinə zidd olaraq tərk etmək istəyən Qəzza sakinlərini həbs etməyə üstünlük verir", - ofis vurğulayır.


Bu gün səhər saatlarında Misir Xarici İşlər Nazirliyi köçürülmənin "Fələstin məsələsinin sonu" olduğuna dair bəyanat yayıb.


"İnsanların öz vətənlərindən qovulmasına heç bir hüquqi, mənəvi və əxlaqi əsas yoxdur", - sənəddə deyilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər