00:00:00
Yazar
Səadət Əlizadə
24.04.2026 18:50 14 1 dəq oxuma
Siyasət

Netanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb

Netanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İsrail liderinin ofisi rəsmi məlumat yayıb.

 

"Əməliyyatdan sonra planlı müşahidə çərçivəsində MRT müayinəsi zamanı prostat vəzində bir santimetrdən kiçik, şübhəli xüsusiyyətlərə malik balaca bir ləkə aşkar edilib. Əlavə müayinə zamanı bunun çox erkən mərhələdə bədxassəli şiş olduğu üzə çıxıb. Yayılma və ya metastaz əlamətləri aşkarlanmayıb", - deyə məlumatda bildirilib.

#səhhəti #azərbaycan #müalicə #yeni #netanyahunun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər