00:00:00
Yazar
Admin User
27.09.2025 17:54 229 1 dəq oxuma
Dünya

Netanyahunun yaxasındakı nişanın sirri açılıb

Netanyahunun yaxasındakı nişanın sirri açılıb

İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı yaxasındakı QR kod diqqət çəkib.

 

"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, onu smartfonla skan edən hər kəs 7 oktyabr 2023-cü il  HƏMAS-ın İsraildə törətdiyi kütləvi qırğınla bağlı xüsusi səhifəyə yönləndirilir. Səhifədə qətlə yetirilən insanların fotoları, hadisə yerləri və terrorun sənədləri nümayiş olunur.

 

Bundan başqa, Netanyahu çıxışında digər maraqlı üsullara da əl atıb: test tapşırığı göstərib, variantları qeyd edib və xəritə üzərində İsrail ordusunun terrorçu liderləri hədəf alaraq məhv etdiyi yerləri işarələyib.

 

O, xüsusilə HƏMAS rəhbəri Yəhya Sinvara və Hizbullah lideri Nasrallaya diqqət çəkərək deyib ki, “onlar artıq gedib”, yəni məhv edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər