“New Glenn” raketi uğurla buraxılıb
Jeff Bezos-a məxsus “Blue Origin” kosmos şirkəti Floridadan “New Glenn” raketini uğurla buraxıb.
Raket Marsa göndərilən iki NASA kosmik aparatını daşıyırdı. “Escapade” peykləri Marsa çatmaq üçün 22 ay vaxt aparacaq və planetin atmosferi ilə maqnit sahəsini ölçmək üçün onun orbitində dövr edəcək.
“New Glenn”i gücləndirən təkrar istifadə edilə bilən sürətli yüksəldici (booster) həmçinin raketin yuxarı mərhələsindən ayrılıb və Atlantik okeanında üzən eniş platformasına uğurla enib. Bu, “Blue Origin” üçün bir ilkdir.
İndiyə qədər bu uğuru əldə edən yeganə şirkət Elon Musk-ın “SpaceX”-i idi.
Mənbə: BBC news
Ayisə Şərifova