00:00:00
Yazar
Admin User
21.08.2025 13:12 87 2 dəq oxuma
Dünya

Neymar hönkür-hönkür ağlayıb

Neymar hönkür-hönkür ağlayıb

"Braziliya A Seriyasında "Santos" klubu böyük hesablı məğlubiyyəti həqiqətən gözlənilməz nəticə idi. Çünki "Santos" futbolun əfsanəsidir. Neymarın hazırda şərəfini qoruduğu klubun bu cür böyük hesablı gözlənilməz məğlubiyyətlə üzləşməsi həm komanda, həm də Neymar üçün çox qəmgin haldır. Məhşur futbolçu Neymarın bu məsələyə belə çılğın münasibət bəsləməsi karyerasının gedişatı ilə bağlıdır. Bildiyiniz kimi o vaxtaşırı zədələrlə üzləşib. Bu zədələr artıq onun üçün bir növ sistematik hal alıb. Mən onun bilərəkdən zədələndiyini deməzdim. Artıq futbolçunun əzələləri bu növ zədələrə uyğunlaşıb və ad-sanı da bu zədələrin yetirməsinə əsas verir".

 

Bu sözləri Todaypress.tv saytının redaktoru Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, məğlubiyyət həqiqətən də Neymarı çox məyus edib:

 

"Futbolçu görüşdən sonra meydanı ağlayaraq tərk edib. Baş məşqçi də postundan aralanıb. Bir növ məğlubiyyətin səbəbini baş məşqçidə tapıblar, ancaq hər bir halda bütün günahı onun üstünə atmaq olmaz. Braziliya gördüyümüzdən, anladığımızdan anlaşılır ki daha çox texnikalı futbolçularla zəngindir. A Seriyasında hər hansı bir klubdan nəsə qeyri-adi bir oyun gözləmək olar. "Santos" da "Vasko" qarşısında doğma meydanda quru hesablı məğlubiyyətlə üzləşib. Bu onları bir növ şoka salıb. Bu Neymarın karyerası boyunca ən ağır məğlubiyyəti idi. Səbəblərindən biri isə kollekstiv oyunla bağlıdır. Buraxılan qollar komandada psixoloji məyusluq yarada bilir və s.

 

Müsahibimizin sözlərinə görə, Neymar çox emosionaldır:


"Onu tanıyanlar bilir ki, həqiqətən o emosional oyunçudur. Həm oyunda, həm aldığı zədələrdən sonra bu emosionallığını biruzə verir. Bu məğlubiyyət həmçinin 36 yaşlı Forvardın karyerasına öz damğasını vura bilər.
Böyük hesablı məğlubiyyət, doğma Braziliyada oyunun alınmaması, Avropada və dogər Asiya ölkələrində uzunmüddətli zədələr səbəbindən heyətdən kənarda qalması futbolçunu başqa sözlə desək, məcbur edə bilər ki, futbolla vidalaşsın".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər