Nəhəng aysberq parçalanır
Dünyanın ən böyük və ən qədim aysberqlərindən biri hesab edilən Aysberq A23a, təxminən qırx il əvvəl Antarktidadan qoparaq indi parçalanma prosesindədir. Son peyk görüntüləri və ekspert təhlilləri göstərir ki, hazırda London metropoliteninin ölçüsündən iki dəfə böyük olan bu nəhəng aysberq Cənubi Corciya adasının şimalındakı isti sularda sürətlə parçalanır.
Məlumatlara görə, aysberqin tamamilə yoxa çıxması həftələr ərzində baş verə bilər. A23a orijinal həcminin yarısından çoxunu itirsə də, hələ də 1770 km² ərazini əhatə edir və ən geniş nöqtəsində eni 60 km-dir. 2025-ci ilin əvvəlində onun kütləsi təxminən 1 trilyon tona yaxın hesablanıb.
Britaniya Antarktika Tədqiqatının (BAS) fiziki okeanoqrafı Andrew Meijers: "aysberqin olduqca dramatik şəkildə parçalandığını" və əsasən dibindən çürüdüyünü"- söyləyib. O, proqnozlaşdırır ki, bir neçə həftə ərzində A23a artıq birləşən struktur kimi tanınmayacaq.
Haber Global
Aydan Məmmədova