Niderlandda hökumət dağılıb
Niderlandda Baş nazir Dik Sxofun rəhbərlik etdiyi hökümət, ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çəkilməsi ilə dağılıb. Bu qərarın əsas səbəbi sığınacaq və miqrasiya siyasəti ilə bağlı yaranan fikir ayrılığı olub.
Koalisiyanı təşkil edən mühafizəkar VVD, mərkəz sağ NSC və fermer partiyası BBB, PVV lideri Geert Vildersin tələbləri ilə bağlı razılığa gələ bilməyiblər. Vilders Niderlandın sığınacaq və miqrasiya siyasətində ciddi məhdudiyyətlər edilməsini şərt qoyub.
Vilders sosial media platforması X-də yayımladığı açıqlamada “İmza yoxdur, razılaşma yoxdur; PVV koalisiyadan çıxır” ifadəsini işlədib.
VRT-nin xəbərinə görə, Vilders koalisiya sazişinə, sığınacaq axtaranlara sərhədlərin bağlanması, hərbi sərhəd nəzarətinin gücləndirilməsi, sığınacaq mərkəzlərinin azaldılması və müvəqqəti yaşayış icazəsi olan suriyalıların deportasiyası da daxil olmaqla, 10 sərt tədbirin salınmasını tələb edib.
Vilders bir gün əvvəl verdiyi açıqlamada “Əgər heç nə və ya kifayət qədər şey dəyişməzsə, PVV gedəcək” -deyərək koalisiyanı tərk edəcəklərinin siqnalını verib.
TRT Xəbər
Nuray Əliyeva