Niderlandın oyunu azərbaycanlı hakimə tapşırılıb
FİFA referisi Elçin Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva - Niderland oyununun baş hakimi olacaq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.