Nigeriyada bu il sellərdə 228 nəfər həlak olub
Nigeriyada bu il güclü yağıntıların səbəb olduğu sel fəlakətləri nəticəsində 228 nəfər həyatını itirib.
Nigeriya Milli Fövqəladə Halların İdarəolunması Agentliyinin (NEMA) yaydığı açıqlamada bildirilib ki, güclü yağışlar ölkənin 25 ştatında sellərə səbəb olub.
Açıqlamada qeyd olunub ki, sel fəlakətlərində 228 nəfər həlak olub, 495 nəfər yaralanıb, 114 nəfər isə itkin düşüb.
21 min 257 ev dağılıb və ya zərər görüb.
Seller nəticəsində 71 min 400 nəfərin evsiz qaldığı vurğulanıb, ümumilikdə isə 209 min 666 nəfərin sel fəlakətindən zərər çəkdiyi bildirilib.
Açıqlamada əlavə olunub ki, sel fəlakətləri səbəbindən 21 min 257 evin dağıldığı və ya zərər gördüyü, həmçinin 76 bölgədə 23 min 481 təsərrüfat sahəsinə ziyan dəydiyi qeyd olunub.
TRT HABER
Solmaz Muradova