Nigeriyada qayıq batıb, 60 nəfər ölüb
Nigeriyanın Borqu yerli idarəetmə bölgəsində 100-dən çox sərnişini daşıyan qayığın batması nəticəsində onlarla adamın həlak olduğu bildirilir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Borqu Yerli İdarəetmə Bölgəsinin sədri Abdullahi Baba Ara açıqlama yayıb:
“Ölülərin sayı 60-a çatıb, 10 nəfər ağır vəziyyətdədir. İtkin düşənlərin sayı isə məlum deyil. Axtarışlar davam edir”.