Nigeriyada silahlı hücum: 43 nəfər ölüb
Nigeriyanın Benue ştatında baş verən silahlı hücumlar nəticəsində 43 nəfərin həyatını itirdiyi bildirilib.
Məlumata görə, heyvandarlıqla məşğul olan Fulani qəbiləsinə mənsub çobanlar Benue ştatının Gwer Vest və Edikwu Akpali bölgələrinə hücum ediblər. Hücum nəticəsində aralarında uşaqların da olduğu 43 nəfər həlak olub, çox sayda insan isə yaralanıb.
Haber Global
Nuray Əliyeva