Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqlayıb
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bugünkü brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.
“9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.