00:00:00
Yazar
Admin User
08.09.2025 06:38 289 2 dəq oxuma
Siyasət

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava limanında

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava limanında

Məlumdur ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi səmərə verir və artıq Vaşinqton bəyanatı bu məsələnin ciddiliyini ortaya qoyub.


Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki,şübhəsiz bu zəmində ölkələr və xalqlar arasında normallaşma, gərginliyin aradan qalxması labüddür:


“Sülh yalnız kağız üzərində olmur, real olaraq, təbii şəkildə həyata keçirilir. Diplomatik əlaqələrin inkişafı, hətta vasitəsiz danışıqların istənilən vaxt baş tutması təqdirəlayiq haldır. Bütün bu həqiqətlərin gerçəkləşməsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsi özünü büruzə verir. Atılan bütün addımlar sülhün davamlı və sağlam olmasına xidmət edir. Hətta Ermənistanın baş nazirinin Azərbaycan üzərindən uçub xaricə səfər etməsi dövlətimizin sülh və sabitlik məsələsindəki qərarının yüksək səviyyədə etibarlılığını göstərir. Bu kimi qarşılıqlı hallar getdikcə intensivləşəcək və zamanla iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsində rol alacaq”.


Əlavə olaraq ekspert bildirib ki,əgər sülh ediriksə bu sülhün bəhrəsi də olmalıdır:


“Davamlı, dayanıqlı, sağlam olması, etibarlı şəkildə inkişafı üçün mütləq arada qarşılıqlı iqtisadi, hətta ticari əlaqələrin olması da mümkündür. Çünki bu vasitələr qarşılıqlı maraqdan doğduğu üçün sülh və sabitliyi şərtləndirir və nəticədə sülh qorunur. Qonşu ölkələr olaraq keçmiş münaqişə dövründə çox şeylər itirmişik. Əlaqələrin olmaması, müharibə vəziyyəti həm də Ermənistanı geri salıb, təhlükəyə atıb. Ancaq hazırda bu gerçəyi anlayan Baş nazir Paşinyan bölgədə və ölkəsində sabitliyin olmasını inkişafa açılan qapı kimi qəbul etməyə məcbur olub. Hava məkanımızdan istifadəsi eyni zamanda ölkəmizin sülhdə səmimi olduğunu sübut edir. Bu kimi qarşılıqlı nümunələr artdıqca iqtisadi əlaqələrin də təməlinin qoyulmasına vəsilə ola bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər