Niyə gərginlik artır?
Suriyada Dəməşq rəhbərliyi ilə ölkədəki müxtəlif siyasi aktorlar arasında gərginlik artır. İsrailin Suriya ərazisi daxilində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Türkiyə mərkəzi hökumətə dəstəyini davam etdirəcəyinə işarə edib. Suriya dövlət televiziyası İsrail əsgərlərinin avqustun 27-nə keçən gecə paytaxt Dəməşq yaxınlığındakı Qisva bölgəsindəki hərbi bazaya silsilə hücumlar təşkil etdiyini bildirib.
Suriya Xarici İşlər Nazirliyi hücumlarda altı Suriya əsgərinin həlak olduğunu açıqlayıb. Hökumət rəsmisi əsgərlərin İsrailin “müşahidə və dinləmə cihazlarını” tapdığını və bu səbəbdən hədəf alındığını bildirib. AFP və Reuters xəbər agentliklərinə danışan Suriya rəsmiləri İsrail əsgərlərinin əməliyyatını təsdiqləyiblər.
BBC
Zəhra Möhübbətova