00:00:00
Yazar
Admin User
04.09.2025 05:47 92 2 dəq oxuma
Dünya

"Nələr olacağını görəcəksiniz"

"Nələr olacağını görəcəksiniz"

Son xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Polşa prezidenti Karol Nawrocki ilə görüşməzdən əvvəl "Putinə deyəcək sözüm yoxdur. O mənim nə düşündüyümü bilir. Qərar verəcək. Bu qərardan məmnun olmasam, nə olacağını görəcəksiniz",- deyib.


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Polşa prezidenti Karol Navroçki ilə görüşüb. Görüşdən əvvəl Tramp: "Prezident Nawrockinin bizimlə olması çox xoşdur. Polşa xalqı onu dərhal sevdi. Ona çox hörmət edirlər. Ticarət və digər müxtəlif məsələləri müzakirə edəcəyik",- deyib. Polşa seçkilərində Nawrockini dəstəklədiyini xatırladan Tramp, "Çox çətin və gərgin mübarizəli bir yarış idi. Və o, hamısını məğlub etdi. Özü də, çox asanlıqla. Çox insanı dəstəkləmirəm, amma onu dəstəklədim və bununla fəxr edirəm",- dedi.


ABŞ-nin Polşadakı hərbi varlığına toxunan Tramp, ABŞ əsgərlərini Polşadan çıxarmağı heç vaxt düşünmədiklərini ifadə edərək, "Bunu digər ölkələrlə də nəzərdən keçiririk. Amma biz Polşanın yanındayıq və Polşaya özünü qorumağa kömək edəcəyik",- dedi.


Çində keçirilən hərbi paradla bağlı suala Tramp, "Mən bunu çox təsir edici hesab etdim, amma mən onların əsaslandırmalarını başa düşürəm. Onlar izləyəcəyimi ümid edirdilər və mən də izlədim. Bildiyiniz kimi, biz Çinə çox kömək etmişik. ABŞ-nin Çinin öz azadlığını əldə etməsinə kömək etdiyinə görə qiymətləndirildiyinə inanmıram",-dedi.


Rusiya-Ukrayna müharibəsinə toxunan Tramp, müharibənin uzanmasını "lazımsız faciə" adlandıraraq, "İkinci Dünya Müharibəsindən bu yana buna yaxın bir şey belə olmayıb. Onlar mənim ölkəmin əsgərləri deyillər. Amma mən bu işi bitirəcək gücə sahibəm",- deyib. Bir neçə gündən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirən Tramp, "Onunla çox yaxında görüşəcəyəm və nə edəcəyimizi az-çox biləcəyəm. Putinə deyəcək sözüm yoxdur. O mənim nə düşündüyümü bilir. Qərar verəcək. Bu qərardan məmnun olmasam, nə olacağını görəcəksiniz",- dedi.


CNN Türk
Piranə Xasiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər