00:00:00
Yazar
Admin User
15.09.2025 16:30 98 1 dəq oxuma
Dünya

Norveç XİN Polşanın hava məkanının pozulması ilə bağlı Rusiya səfirini çağırıb

Norveç XİN Polşanın hava məkanının pozulması ilə bağlı Rusiya səfirini çağırıb

Sentyabrın 10-a keçən gecə Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Norveç Xarici İşlər Nazirliyi Rusiya səfiri Nikolay Korçunovu quruma çağırıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Norveç XİN-in mətbuat xidməti məlumat yayıb.


"Norveç Xarici İşlər Nazirliyi Rusiyanın Polşanın hava məkanını sentyabrın 10-na keçən gecə pozmasından sonra Rusiya səfiri ilə danışıqlar aparıb. Görüş zamanı XİN Rusiyanın hərəkətlərinin məsuliyyətsiz və qəbuledilməz olduğunu vurğulayıb", - məlumatda deyilir.


Eyni zamanda, Norveç də müttəfiqləri kimi Polşaya tam dəstəyini ifadə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər