00:00:00
Yazar
Aysel Mirzəyeva
09.04.2026 17:12 10 1 dəq oxuma
Siyasət

“Növbəti səhv İrana çox baha başa gələcək” - ŞƏRH

“Növbəti səhv İrana çox baha başa gələcək” - ŞƏRH

“Biz ABŞ-ni sionist rejimin İrana və onun maraqlarına qarşı hər hansı bir hücumunda və təcavüzündə şərik hesab edəcəyik və buna qətiyyətlə qarşı çıxacağıq”. Bu barədə İran ordusunun bəyanatında bildirilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran da Şərq ölkələri kimi başına gələn fəlakətdən dərs çıxarmır:

 

“Amerika Birləşmiş Ştatları və İsrailin hərbi müdaxiləsi İran rəsmilərinin gerçəklikləri görməzdən gəlməsinin nəticəsi idi. Bunun nəticəsində İrana yüz milyardlarla zərər dəyib. Növbəti hərbi müdaxilə daha sarsıdıcı olacaq. Bu mənada növbəti səhv İrana çox baha başa gələcək. İranın dini-hərbi rəhbərliyi elə bir vəziyyətdədir ki, onu ölkənin və xalqın aqibəti düşündürmür. İranın Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə dəstək verəcəyini bəyan etməsi də bunu göstərir. İranın bu dəstəyinin Yaxın Şərqdə güc balansını dəyişməsi mümkün deyil”.

 

Nuray Əliyeva

#yeni #baki #azərbaycan #səhv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər