00:00:00
Yazar
Admin User
02.10.2025 17:57 129 3 dəq oxuma
Siyasət

Nəsirzadə də təcili Türkiyəyə gedib

Nəsirzadə də təcili Türkiyəyə gedib

“Türkiyə və İran regional və beynəlxalq məsələlərə, eləcə də bütün İslam dünyasına təsir edən iki islam dövlətidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi sərhədlərdə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

 

Bölgənin üzləşdiyi böhranlarla bağlı da qərarlar veriləcək”, - Nəsirzadə səfəri ilə bağlı vurğulayıb.

 

Qeyd edək ki, budan öncə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin təcili olaraq Minskə səfərə getdiyi bildirilib. İddialara görə, bu təcili səfərin səbəbi İran və İsrail arasında mümkün müharibədir.

 

Bu mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki,Türkiyə İran qonşu dövlətdir. Eyni zamanda, İslam dini baxımından İslam dininə sitayiş eləyən bir dövlətdir:


“Hər iki dövlət İslam dəyərlərini, İslami dəyərlərə riayət edən dövlətdir. Düzdür, Türkiyə dünyəvi dövlət olsa da, türk xalqı İslam dəyərlərini həmişə müqəddəs alıb və İslam dəyərlərini həmişə qoruyub saxlayıb. Hətta Osmanlı dövründən bəri, Osmanlı dövründə İslam dininin yayılmasında və qorunmasında türk Osmanlı dövlətinin böyük xidmətləri olub. İran isə İslam dəyərləri üzərində qurulan bir dövlətdir.

 

Buna baxmayaraq, hər iki dövlət qonşudur. Regionda baş verən hadisələr bu və ya digər formada hər iki dövlətə təsir edib. Bildiyiniz kimi, İsrail-Fələstin məsələsində İranla Türkiyənin mövqeyi eyni olub. İsrailin apardığı aqressiv siyasəti İran və Türkiyə məqbul saymayıb və İsrailin işğal etdiyi torpaqlardan geri çəkilməsini hər iki dövlət bəyan edib.

 

Ümumilikdə İsrail dövlətinin məqsədi, daha doğrusu, ümumdünya yəhudi lobbisinin məqsədi Yaxın Şərqdə böyük İsrail dövləti yaratmaqdır. Yəni müqəddəs torpaqlar – “vəd edilmiş torpaqlar” ideyası var. İsrail xalqı da, yəhudi xalqı da həmin dövləti Yaxın Şərqdə bərqərar etmək istəyib. Təbii ki, belə bir dövlətin yaranması Yaxın Şərqdə müsəlman dövlətlərinin ərazisinə iddia etməklə həyata keçirilən proqram olub. Buraya həm Fələstin, həm Rəqqa, hətta İran da daxildir.


Yaxın Şərqdə böyük İsrail dövlətinin yaranması birbaşa İrana və Türkiyəyə gələcəkdə təhlükə olub.Hətta indiki məqamda İsrail dövləti İranda hakimiyyəti dəyişmək istəyib və İsrail dövləti ilə Birləşmiş Ştatlar İranda hakimiyyəti dəyişib, özlərinə münasib hakimiyyət qurmaq istəyib. Yəni şərqdə İranda hakimiyyət dəyişilərsə və Amerikanın, İsrailin təsiri altında bir İran dövləti yaradılarsa, bu, Türkiyə üçün də böyük təhlükə mənbəyi olub.

 

Çünki Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını məhz idarə olunan, tabe olan bir İran vasitəsilə almaq mümkün olub. İran dövləti Türk Dövlətləri Təşkilatının düz mərkəzində yerləşib: bir tərəfi Azərbaycanla, bir tərəfi də Türkiyə ilə sərhəddədir. Bu baxımdan, başda Birləşmiş Ştatlar olmaqla Qərb koalisiyası, xüsusilə də İsrail müttəfiqləri İranda hakimiyyəti dəyişib özlərinə münasib hakimiyyət quraraq həm Türkiyə istiqamətində Türk Dövlətləri Təşkilatına, həm də gələcək Turan İttifaqına qarşı addım atmaq istəyib, həm də Rusiyanın cənub yolunu bağlamağa çalışıb.


Ümumilikdə yaranan vəziyyət həm regional, həm də qlobal geosiyasi baxımdan Türkiyə və İranı birgə əməkdaşlıq etməyə məcbur edib. Hətta Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” formatı çərçivəsində regionun inkişafı və təhlükəsizliyi üçün əməkdaşlıq platforması da gündəmə gəlib. Eyni zamanda, Türkiyə ilə İran arasında əməkdaşlıq Azərbaycan üçün də faydalı olub”.


Həmçinin politoloq bunu da qeyd edib ki, bu baxımdan yaranan geosiyasi vəziyyət məcbur edib ki, Türkiyə ilə İran arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan vacib olsun:


“Çünki bu region qlobal güclərin maraq dairəsində olub, xüsusilə də Amerika və İsrailin. Regionda sabitliyin yaranması, bu gün və gələcəkdə gərginliyin aradan qaldırılması üçün İran–Türkiyə münasibətlərinin yaxşı olması vacib amillərdəndir.


Bu baxımdan, hər iki dövlətin rəsmilərinin – istər xarici işlər nazirləri, istərsə də digər dövlət qurumlarının tez-tez görüşməsi təqdirəlayiq olub və qarşılıqlı anlaşmaya gətirib çıxara bilər. Hər hansı problem yaranıbsa, onu aradan qaldırmaq mümkün olub. İki dövlətin rəsmilərinin tez-tez görüşməsi və qarşılıqlı səfərlər ümumi işin xeyrinə olub və gələcəkdə ortaq iqtisadi, siyasi və hərbi əməkdaşlığın bünövrəsini qoya bilər.


Bu baxımdan hesab edirəm ki, hər iki dövlət həm təhlükəsizlik, həm də inkişaf baxımından əməkdaşlıq etməyə məcbur olub”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər