“Nvidia” şirkətindən İsrail-Hamas zərərçəkənlərinə yardım
ABŞ-ın Çip istehsalçısı “Nvidia” İsrail-Hamas savaşının ziyan vurduğu əhaliyə maddi yardım etmək üçün 15 milyon Dollar toplayıb.
Şirkət İsrailin, Fələstinin HƏMAS silahlı qruplaşması ilə müharibəsindən zərər çəkmiş mülki şəxslərə dəstək verən İsrail və xarici qeyri-kommersiya təşkilatlarına 15 milyon dollar bağışlayıb. “ Nvidia” şirkətinin dekrabrın 24-də mediaya verdiyi açıqlamasında , 30-dan çox ölkədən minlərlə işçinin cəmi 5 milyon Dollar ianə etdiyini və bu məbləği ikiqat artıraraq müharibədən zərər çəkənlərə kömək etmək üçün təqdim edilən xüsusi proqram çərçivəsində 10 milyon dollara çatdırdığını deyib. Həmçinin qeyd olunub ki, ianə şirkətin 30 illik tarixində ən böyük humanitar ianədir. Nvidia-nın baş məsləhətçinin müavini Gideon Rosenberg belə qeyd edib:
“Biz İsraildə və dünyada Nvidia ailələrinin belə geniş dəstəyini görməkdən qürur duyuruq və dualarına görə minnətdarıq və həmkarımız Avinatan Or və Həmas əsirliyindən olan digər girovların qayıtması üçün ümid edirik. Biz həqiqətən də bütün dünyada əməkdaşlarımızın həqiqi qayğısından ilhamlanırıq”.
Əli Məmmədli
