00:00:00
Yazar
Nərmin Həşimova
05.11.2026 20:03 17 1 dəq oxuma
Dünya

Nyu-York şəhərindəki binada baş verən yanğında həlak olan və xəsarət alanlar var

Nyu-York şəhərindəki binada baş verən yanğında həlak olan və xəsarət alanlar var

Rəsmilərin bildirdiyinə görə, Nyu-York şəhərinin Bruklin rayonundakı yaşayış binasında baş verən güclü yanğın nəticəsində altı nəfər həlak olub.
Nyu-York Şəhər Yanğından Mühafizə Xidmətinin (FDNY) bəyanatında bildirilir ki, cümə axşamı səhər tezdən baş verən yanğında daha bir neçə nəfər xəsarət alıb. Yanğın barədə ilk məlumat yerli vaxtla təxminən saat 01:40-da daxil olduqdan sonra Sunset Park yaxınlığındakı hadisə yerinə 230-dan çox yanğınsöndürən və təcili tibbi yardım heyəti cəlb olunub.Mer Zohran Mamdani ölənlərə görə "qəlbinin dağlandığını" bildirib və nyu-yorklulardan "xəsarət alanların tam sağalması üçün bir anlıq dua etmələrini" xahiş edib.Yanğının başvermə səbəbləri araşdırılır. Təhlükəli maddələr üzrə ixtisaslaşmış heyət litium-ion batareyasının olması səbəbindən hadisə yerinə göndərilib, lakin bunun yanğınla bağlı olub-olmadığı hələlik bəlli deyil.

Səkinə Musayeva

Mənbə:BBC

#yanğında #baş #həlak #xəsarət #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər