Nyu Yorkda “inşaat işçiləri” 3,2 milyon dollar dəyərində oğurluq ediblər
Nyu-Yorkda ikisi özünü tikinti işçisi kimi təqdim edən azı üç nəfərlik quldur dəstəsi evə daxil olaraq içərisində qızıl-zinət əşyaları və nağd pul olan seyfi oğurlayıb. Oğurlanan əmlakın ümumi dəyərinin 3,2 milyon dollar olduğu bildirilir.
Hadisə 16 oktyabr, gecə saat 2:20 radələrində Kuinsin Yamayka Hills məhəlləsində baş verib. Nyu-York Polis İdarəsinin (NYPD) məlumatına görə, şübhəlilər arxa qapını sındıraraq evə daxil olub, seyfi və qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.
Polis hadisə ilə bağlı istintaqa başlayıb və oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində axtarışlar davam etdirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu