00:00:00
Yazar
Admin User
04.09.2025 08:36 40 1 dəq oxuma
Dünya

O bölgələr Rusiya ərazisi hesab edilməlidir

O bölgələr Rusiya ərazisi hesab edilməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə uzunmüddətli sülhün yalnız Moskvanın ərazi iddialarının tanınması ilə mümkün olacağını iddia edib.


Lavrov İndoneziyanın “Kompas” qəzetinə verdiyi müsahibədə sülhün yalnız “yeni ərazi reallıqlarının tanınması” ilə əldə edilə biləcəyini vurğulayaraq, Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrinin Rusiyaya birləşdirilməsinin beynəlxalq səviyyədə tanınmasını təklif edib.


"Yeni təhlükəsizlik zəmanətləri sistemi yaradılmalıdır", - deyən Lavrov, "Ukraynaya neytral, bloklara qoşulmamaq və nüvə silahından azad statusa zəmanət verilməlidir" deyib.


Bu arada, Moskvanın tələblərinin kölgəsində bütün gözlər bu gün Fransanın paytaxtı Parisdə keçiriləcək və Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirə ediləcəyi Ukrayna İrəli Koalisiyasına yönəlib.


Estoniya prezidenti Alar Karis ilə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında danışan NATO-nun baş katibi Mark Rutte, "Sabah (cümə axşamı) vacib bir görüş olacaq. Ona görə də sabah və ya sabahdan qısa müddət sonra kollektiv şəkildə nəyə nail ola biləcəyimizə aydınlıq gələcəyini gözləyirəm" dedi.


Ukrayna lideri Vladimir Zelenskinin xahişi ilə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin rəhbərlik etdiyi onlayn sammitdə 30-a yaxın Avropa lideri iştirak edəcək.


Hürriyet
Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər