00:00:00
Yazar
Admin User
18.08.2025 17:21 79 1 dəq oxuma
Dünya

O, Qəzzalı uşaqları “düşmən” adlandırıb 

O, Qəzzalı uşaqları “düşmən” adlandırıb

İsrailli millət vəkili Simça Rotman bu ay “həmrəylik turu” çərçivəsində Sidney və Melburnda iki tədbirdə iştirak etməyi planlaşdırılıb. Lakin israilli siyasətçinin ölkəyə girişinə icazə verilməyib. 

 

Avstraliyanın daxili işlər naziri Tony Burke Rothmanın viza müraciətinin rədd edildiyini təsdiqləyərək, sözügedən siyasətçinin üç il müddətinə müraciət edə bilməyəcəyini bildirib.

 

Rothman may ayında İngiltərənin 4-cü kanalına açıqlamasında Qəzzadakı uşaqları "İsrailə buraxılmamalı olan düşmənlər" adlandırıb. O, həmçinin, müharibə zamanı qaçqınlarla bağlı beynəlxalq sazişlərə görə belə insanların İsraili “işğal etməsinə” imkan verə bilməyəcəklərini deyib.

 

Burke daha əvvəl reper Kanye West, ABŞ hüquq professoru Xalid Beydoun və İsrailin keçmiş naziri Ayelet Shaked kimi mübahisəli və ya təhqiredici bəyanatlar verən digər şəxslərin və siyasətçilərin ölkəyə girişinə qadağa qoyub. 

 

TRT XƏBƏR

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər