00:00:00
Yazar
Admin User
24.07.2025 12:45 109 1 dəq oxuma
Dünya

Odessada gəmi partladı: ölənlər var

Odessada gəmi partladı: ölənlər var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanları İdarəsi" məlumat yayıb.

 

Hadisə iyulun 23-də axşam saatlarında baş verib. "Gəmi 11 nəfərlik heyətlə "Bıstroe" mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib. Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər