"Ölkələriniz cəhənnəmə gedir”
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında etdiyi 56 dəqiqəlik çıxışında qlobal miqrasiyanın azaldılmasına çağırıb, iqlim dəyişikliyi siyasətlərinə qarşı çıxıb və dünya liderlərinə sərt tənqidlər ünvanlayıb.
Tramp çıxışında ABŞ-nin miqrasiya siyasətini “nümunə” kimi təqdim edərək digər ölkələri də sərt tədbirlər görməyə çağırıb. O bildirib ki, kütləvi miqrasiya xalqların strukturunu dəyişdirir. İnsan haqları müdafiəçiləri isə miqrantların sadəcə daha yaxşı həyat axtarışında olduqlarını vurğulayırlar.
ABŞ lideri həmçinin iqlim dəyişikliyini “aldadıcı layihə” adlandırıb və fosil yanacaqlara qayıdışa çağırıb: “İmmiqrasiya və onların intihar xarakterli enerji ideyaları Qərbi Avropanın sonunu gətirəcək".
Tramp İsrailin Qəzzadakı son hərbi əməliyyatları fonunda müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüslərini rədd edib, Avropa ölkələrini isə Rusiyaya qarşı ABŞ-nin təklif etdiyi iqtisadi tədbirləri qəbul etməyə səsləyib.
Zaldan çıxarkən dünya liderləri Trampa sadəcə rəsmi və təmkinli alqışla reaksiya veriblər.
Reuters
Sura Əliyeva