Ölənlərin sayı 900-ə yüksəlib
Əfqanıstanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 900-ə çatıb, yaralıların sayı isə 3 minə yüksəlib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ölkədə hökumətin beynəlxalq yardım çağırışından sonra Hindistan, İsveçrə, Çin və Böyük Britaniya bölgəyə yardım göndərəcəklərini açıqlayıblar.
Həmmad bildirib ki, zəlzələ nəticəsində baş verən torpaq sürüşmələri bəzi ərazilərdə yolları bağlayıb, lakin çətinliklə gedilə bilən bölgələrə çıxışın təmin olunması üçün bağlı yollar yenidən açılacaq.
Rəsmi şəxslər zəlzələdən sonra bölgəyə göndərilən axtarış-xilasetmə qruplarının, yüzlərlə insanın dağıntılar altında qaldığı Kunarın zəlzələdən təsirlənən ərazilərində işlərini davam etdirdiyini açıqlayıblar. Onlar bildirib ki, dağlıq ərazi və əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərə çatmaqda çətinliklər yaranıb. Axtarış-xilasetmə işlərinə yerli sakinlər də qoşulub və dağıntılar altından çıxarılan yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bazar günü Əfqanıstanın Pakistan sərhədi yaxınlığında, Cəlalabadın 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Yerli rəsmilər bunun ölkəni vuran ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər. Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Koordinasiyası İdarəsi (OCHA) isə Əfqanıstandakı dağıdıcı zəlzələdən ilkin olaraq 12 min insanın birbaşa təsirləndiyini qeyd edib.
Haberler.com
Aygün Babayeva