Ömer Çelik: Netanyahu 'tarixin vicdanı' tərəfindən qınanan birisidir
AK Partiya sözçüsü Ömər Çelik Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasına “Netanyahu “tarixin vicdanı” tərəfindən qınanan birisidir” deyib. Tarixin və gələcəyin qınadığı qatilin sözləri tarixə təsirsizdir”. AK Partiya sözçüsü Çelik sosial media hesabından verdiyi açıqlamada Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasını sərt şəkildə tənqid edib. Çelik açıqlamasında bunları bildirib:
“Soyqırım Netanyahu öz siyahısına daha bir siyasi yalan əlavə edib”.
“Soyqırım şəbəkəsinin lideri Netanyahu 1915-ci il hadisələri ilə bağlı açıqlaması ilə siyahısına daha bir siyasi yalan əlavə edib. Aydındır ki, tarix, qanun, insanlığın vicdanı qarşısında soyqırımına görə mühakimə olunmalı olan birinin dediyi hər söz yalandır.
Türkiyə bütün tarixi gündəmlərini qanun və diplomatiya yolu ilə açıq şəkildə idarə edir.
Prezidentimizin 1915-ci il hadisələri ilə bağlı verdiyi açıqlamalar və qərarlar Türkiyənin özünə inamlı siyasətini gücləndirib. Netanyahu “tarixin vicdanı” tərəfindən məhkum edilib. Tarixin və gələcəyin məhkum etdiyi bir qatilin tarixlə bağlı dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur”.
TRT Haber
Xədicə Məhərrəmli