Ömər Çelikdən Ali Hərbi Şuranın qərarları ilə bağlı açıqlama
AK Partiya sözçüsü Ömər Çelik sosial mediada Ali Hərbi Şuranın (YAŞ) qərarları ilə bağlı açıqlama yayıb.
Çelik, "Cənab Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şurada alınan qərarlar millətimizə, dövlətimizə, qəhrəman Türk Silahlı Qüvvələrimizə xeyirli olsun" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə 2025-ci il Ali Hərbi Şuranın toplantısı Prezident Külliyesində başa çatıb. YAŞ qərarları çərçivəsində 2 general yaş məhdudiyyətlərinə görə 1 sentyabr 2025-ci il tarixindən, 43 general və admiral isə daimi vəzifəsi olmadığı üçün 30 avqust 2025-ci il tarixindən etibarən istefaya göndərilib.
BBC News
Aysel Mirzəyeva