00:00:00
Yazar
Admin User
05.09.2025 12:53 145 1 dəq oxuma
Siyasət

Onlar Əliyevlə şəkil çəkdirmək üçün növbəyə durur

Onlar Əliyevlə şəkil çəkdirmək üçün növbəyə durur

Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçirilib.

 

"İnformator.az" "APA"ya istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. O qeyd edib ki, 15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb:

 

“Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”.

 

Nazir əlavə edib ki, bu əməkdaşlıq Macarıstana enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində böyük nəticələr qazandırıb:

 

“Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyası MOL Group və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında səhmlərə sahibdir və beynəlxalq bazarda sadə alıcıdan enerji istehsalçısına çevrilib”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər