Onlar Rusiyaya geri qayıda bilməyəcək - Peskov
Düşünürəm ki, bugün Rusiya üçün ən önəmli olan faktor bu istiqamətdə olabiləcək təsir mexanizmərinin istifadəsidir.
Məsələ ilə bağlı politoloq Aytən xanım "informator.az"-a açıqlamasında bildirib ki, saxta xarakterli çıxışların səsləndirilməsidir:
"Yəni gələcək perspektivdə Ukrayna ilə müharibə dəyandığı halda onsuz bütün istiqamətlər üzrə, həm də dövlətlərlə, həm də korporativ şirkətlərlə ilə əlaqələrin bərpə olunacağı tarixi təcrübədən təsbit olunub. Amma indiki məqamda Ukraynaya dəstək verən, humanidar yönümlü bütün istiqamətlərdə Ukraynanın yanında olduğunu ifadə edən şirkətlər açıq şəkildə hədəfə çevrilib Rusiya tərəfindən. Ona görə də belə çıxışlar bir qədər manipulativ karakter daşıyır ki, Ukraynanın yanında olan tərəflərin sırası daha da azalsın və hər hansısa bir formada dövlətlər Ukraynaya dəstək vermesin".
Həmçinin ekspert qeyd edir ki, təsirli bir çıxış olduğunu düşünmürəm və indiki məqamda Ukraynanı dəstəkləyənlərinin sayının daha çox artdığını, ən azından bəyanatlar zamanı müşahidə etmək mümkündür:
"Görülən odur ki, iqtisadiyyata sanksiyalar eyni zamanda bir çox global dövlətlərin Rusiya də varlığını geri çəkməsi və Rusiya ilə əməkdaşlığı baykod etməsi Rusiya iqtisadiyyatına artıq öz təsirlərini göstərməyə başlayıb və bu istiqamətdə agresiv ritorika da Rusiya resmilərinin çıxışılarında aydın şəkildə ifadə olunur ki, Peskovun bu çıxışı da bu xarakterdə qiymətləndirilə bilər".
Gülcan Salahova