00:00:00
Yazar
Admin User
18.09.2025 16:40 62 1 dəq oxuma
Dünya

Onların nə dirisini, nə ölüsünü görəcəksiniz

Onların nə dirisini, nə ölüsünü görəcəksiniz

İsrailin Qəzzada əməliyyatları genişləndirməsinə cavab olaraq, HƏMAS israilli girovları geri qaytarmaqdan imtina edəcəyini açıqlayıb.


“İnformator.az” xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qasım Briqadasının məlumatında deyilir.


“Sizin girovlarınız müxtəlif rayonlardadır və nə qədər ki, Netanyahu onların hamısını öldürmək qərarına gəlib, o zaman biz də onları qorumağa çalışmayacağıq. Qəzzada əməliyyatın başlaması və genişlənməsi o deməkdir ki, siz onları nə diri, nə də ölü olaraq alacaqsınız. Onların hamısını Ron Aradın (37 il əvvəl itkin düşən israilli pilot) taleyi gözləyir”, - deyə bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər