Onlarla qırıcı Tehranı vurub: Nələr məhv edilib?
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə Tehran və İranın qərbində hərbi infrastruktura genişmiqyaslı zərbələr endirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, zərbələr zamanı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında fəaliyyət göstərən hərbçilər hədəfə alınaraq məhv edilib:
“Hücumlar çərçivəsində İnqilab Keşikçilərinin hava qüvvələrinə aid qərargahlar, əməliyyat idarəetmə mərkəzləri, “İmam Hüseyn” hərbi universitetində yerləşən kompleks, eləcə də ballistik raketlərin saxlanıldığı və istehsal edildiyi obyektlər vurulub.
Eyni zamanda daxili təhlükəsizlik qüvvələri, “Bəsic” bölmələri və İranın kəşfiyyat strukturlarına aid qərargah və bazalar da hədəfə alınıb”.