00:00:00
Yazar
Admin User
05.09.2025 04:52 98 2 dəq oxuma
Dünya

Onun ölkəyə səfərini qəbul etməkdən imtina edibər

Onun ölkəyə səfərini qəbul etməkdən imtina edibər

İsrailin Xarici İşlər naziri Gideon Saar Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq niyyətinə görə Tel-Əvivin səfərini qəbul etməyəcəyini açıqlayıb.


İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Saar Fransanın Xarici İşlər naziri Jan-Noel Barrot ilə telefonla danışıb.


Söhbət zamanı Saar bəyan edib ki, Paris Fələstin dövlətini tanımaq üçün səylərini davam etdirdiyi müddətcə prezident Makron İsrailə səfər edə bilməyəcək.


Saar Fələstin prezidenti Mahmud Abbası "dialoq üçün etibarsız tərəfdaş" olmaqda ittiham edərək, Fələstin Muxtariyyətinin 20 ilə yaxındır seçki keçirmədiyini və ictimai dəstəyin məhdud olduğunu bildirib.


Nazirliyin bəyanatında qeyd olunub ki, görüşdə Qəzza zolağındakı vəziyyət, İrana qarşı sanksiyaların bərpası, Livandakı vəziyyət, Ukraynadakı müharibə müzakirə olunub.


Bəyanatda Fransanın Fələstin Dövlətini tanımaq cəhdinin Yaxın Şərqdə sabitliyi pozduğu, İsrailin milli və təhlükəsizlik maraqlarına zərər verdiyi iddia edilib.


Bəyanatda qeyd olunub ki, İsrail Fransa ilə yaxşı münasibətlər qurmaq istəyir, lakin Parisdən İsrailin təhlükəsizliyi və gələcəyi ilə bağlı fundamental məsələlərdə mövqeyinə hörmətlə yanaşmasını gözləyir. Həmçinin Parisin son vaxtlar İsrailə qarşı bir sıra düşmən addımlar və münasibət atdığı da iddia edilib.


İsrailin dövlət televiziyası KAN dünən bildirib ki, Makron Təl-Əvivə səfər etmək istəyir, lakin Makron Fələstin Dövlətini tanımaqda davam etdiyi üçün İsrail onun tələbini rədd edib.


Xəbərdə bildirilirdi ki, Netanyahu Makronu İsraildə qəbul etmək üçün Fələstini tanımaq qərarından imtina etməsini şərt qoyub, lakin Makron bundan imtina edib.


CNN Türk
Piranə Xasıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər