"Oreşnik" Belarusa niyə yerləşdirilib? - Batya açıqlayıb
Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavab tədbiridir.
"İnformator.az" xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında deyib.
“Bu silahın Belarusda yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavabdan başqa bir şey deyil. Xahiş edirəm, bundan uzaqlaşaq və “Oreşnik” haqqında söhbətlər kəsilsin. Lakin, onlar bunu istəmirlər. Biz heç kimi təhdid etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik. Üstəlik, biz həmişə konstruktiv dialoqa və gərginliyin azaldılması üçün qarşılıqlı addımlara açığıq. Əgər Qərbdəki tərəfdaşlarımız buna hazırdırsa, nə biz, nə də Rusiya borclu qalmayacağıq!” - deyə Lukaşenko qeyd edib.