Orta Amerika vətəndaşlarına ABŞ-dən viza məhdudiyyəti
ABŞ Dövlət Departamenti, Orta Amerika ölkələrində olduqları müddətdə Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, partiyaya dəstək verən və maliyyə təmin edən Orta Amerika vətəndaşlarına qarşı viza məhdudiyyəti tətbiq edildiyini açıqlayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında, Orta Amerika vətəndaşlarına qoyulan yeni viza məhdudiyyətlərinin detalları paylaşılıb.
Bəyanatda bildirilib ki, ABŞ-nin yeni siyasəti “ÇKP adından fəaliyyət göstərən və bölgədə hüququn aliliyini zəiflədən fəaliyyətləri yönləndirən, təsdiqləyən, maliyyələşdirən və ya bu fəaliyyətlərə mühüm dəstək verən” şəxslərə qarşı vizaların məhdudlaşdırılmasına imkan verir.
TRT XƏBƏR
Nuray Əliyeva