Osmaniyedə cip və yük maşını toqquşub
Osmaniyenin Düziçi rayonunda cip ilə yük maşınının toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.
Hadisə İrfanlı məhəlləsində, Şəhid Astsubay Mehmet Burak Dəmirçi küçəsində baş verib. Qəza zamanı Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinə məxsus yük maşını ilə naməlum sürücünün idarə etdiyi cip toqquşub.
Ətrafda olan vətəndaşların 112 Təcili Zəng Mərkəzinə məlumat verməsi ilə əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Qəza nəticəsində ikisi Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinin əməkdaşı olmaqla, ümumilikdə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Düziçi Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TRT XƏBƏR
Ləman Mahmudlu