00:00:00
Yazar
Aysel Mirzəyeva
21.02.2026 15:18 9 1 dəq oxuma
İqtisadiyyat

Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb

Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 18,3 milyon ton yük daşıyıb.


"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə 0,1 milyon ton və ya 0,5 % azdır.

 

Hesabat dövründə nəqliyyatçılar 167,8 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon sərnişin və ya 6,7 % çoxdur.

 

Yanvarda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,9 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78 % təşkil edib.

#daşınıb #azərbaycanda #milyon #xəbər #tondan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər