00:00:00
Yazar
Admin User
05.09.2025 18:20 85 2 dəq oxuma
Dünya

"Öz məqsədimizə çatacağıq"

"Öz məqsədimizə çatacağıq"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Putin və Zelenski hələ danışıqlara hazır deyillər, lakin sülh sazişi ideyasına sadiqdir. O, mövqeyini “realist-optimist” adlandıraraq hər iki liderin addımlarını izlədiyini deyib. Tramp qeyd edib ki, sülh əvvəldən düşündüyündən daha çətindir, amma “öz məqsədimizə çatacağıq”.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya həqiqətən müharibəni dayandırmaq istəmir:

 

"Rusiya müharibəni dayandırmaq istəmir. Rusiyanın niyyəti Donbası tamamilə işğal etmək, eləcə də Xerson və Zaporojeni tamamilə ələ keçirərək bundan sonra danışıqlara başlamaqdır. Yəni Rusiyanın niyyəti Novorossiya adlandırılan torpaqlarda öz hakimiyyətini təmin etmək və bu əraziləri birdəfəlik Ukraynadan ayırmaqdır. Rusiya faktiki şəkildə Ukraynanı kapitulyasiyaya oturtmaq istəyir, lakin indiki şəraitdə bu mümkün deyil. Çünki Donbasın mühüm şəhərləri Ukraynanın nəzarəti altındadır və Ukrayna cəbhə xəttində hazırda üstünlüyü ələ almaq üzrədir. Avropadan çox güclü silah təminatı həyata keçirilir, Ukrayna, o cümlədən Fransa və Almaniya tərəfindən strateji silahlarla təmin olunur. Ukraynaya Amerika Birləşmiş Ştatlarından da güclü şəkildə dəstək göstərilir. Bütün bunların fonunda Ukrayna cəbhə xəttində üstünlüyü ələ keçirə bilər və Rusiyanın yay hücumları da bir o qədər effekt verməyib. Yay hücumlarına Rusiyada böyük ümidlər vardı, ancaq demək olar ki, heç bir nəticə əldə olunmadı. Sadəcə olaraq Rusiya hazırda cəbhə bölgəsində mövqe müharibəsi aparır. Ukrayna isə öz mövqelərini qorumağa çalışır, hücum əməliyyatlarında isə Rusiya heç bir şeyə nail ola bilməyib. Bu faktiki olaraq Rusiyanın zəif tərəfidir və buna görə də Rusiya müharibəni daha da uzatmaq, yaxın perspektivdə isə müəyyən addımlar atmaq niyyətindədir".

 

O həmçinin qeyd edib ki, Qərb müharibənin indiki şəraitdə dayanmasını istəmir:

 

"Qərbin niyyəti Ukraynanın tamamilə qələbə qazanması və Rusiyanın ağır məğlubiyyətə uğramasıdır. Burada əsas məsələ Rusiyanın silah ehtiyatlarının tükəndirilməsidir. Yəni, müharibənin dayandırılmasından daha çox, Ukrayna torpaqlarının azad edilməsi və Rusiyanın məğlubiyyəti ilə nəticələnən sülh müqaviləsinin bağlanması istənilir. Əks halda imzalanacaq sülh Ukraynanın torpaq itkisi ilə nəticələnə bilər. Bu səbəbdən Ukrayna da torpaqlarını itirmək istəmir. Trampın "öz məqsədlərinə çatacağıq" ifadəsi konkret olaraq Ukraynaya yönələn bir cümlə ola bilər. Çünki Pekində keçirilən hərbi paraddan sonra Amerika Birləşmiş Ştatlarının mövqeyində Rusiyaya qarşı daha sərt addımlar müşahidə olunur və müəyyən qədər Ukraynaya dəstək mesajları verilir”.

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər