Özgür Özel, Böcek’i ziyarət və mitinq üçün Antalyada
CHP lideri Özgür Özel, rüşvət istintaqı çərçivəsində həbs olunan Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek’i ziyarət etmək və mitinqdə iştirak etmək üçün Antalyaya gəlib.
CHP Başqanı Özgür Özel, Antalya Hava Limanının VIP zalında CHP-nin Antalya millət vəkilləri, vilayət sədri, rayon bələdiyyə başçıları, Böyükşəhər Bələdiyyə Məclisinin üzvləri və partiya fəalları tərəfindən qarşılanıb. Özgür Özel daha sonra şəhər mərkəzindəki bir otelə keçib.
Özgür Özel, CHP Vilayət Təşkilatını və Döşemealtı L Tipi Qapalı Cəza İcra Müəssisəsində tutulan Muhittin Böcek’i, həmçinin Antalya Böyükşəhər Bələdiyyəsini ziyarət edəcək. Özel saat 20:00-da Antalya Böyükşəhər Bələdiyyəsinin qarşısında keçiriləcək “Millət İradəsinə Sahib Çıxırıq” mitinqində iştirak edəcək.
Haber Global
Xəlilli Nigar