00:00:00
Yazar
Admin User
04.09.2025 12:12 78 1 dəq oxuma
Dünya

Özgür Özel “Qurultay Davası” üçün sərt mesaj verib

Özgür Özel “Qurultay Davası” üçün sərt mesaj verib

Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel, partiyasının quruluş həftəsi tədbirlərində çıxış edərək hökuməti kəskin tənqid edib.

 

Özel bildirib ki, ölkə tarixinin ən çətin dövrlərindən keçir: iqtisadi böhran, çoxpartiyalı rejimə təzyiqlər, məhkəmə müstəqilliyinin zəifləməsi və qeyri-adi həbslərin adi hala çevrilməsi mövcuddur. CHP rəhbəri, partiyanın İstanbul İl Təşkilatına qarşı görülən tədbirləri də sərt sözlərlə dəyərləndirib:

“Bir partiyanın il kongresini illər sonra məhkəmə qərarı ilə ləğv edib, 16 milyonluq şəhərin il başqanına kayyım atamaq, seçilmiş merləri həbsdə saxlamaq xalqı qorxutmaq üçün edilən işlərdir”, – deyə Özel bildirib. O əlavə edib ki, CHP olaraq “qorxunu təşkil edənlərə qarşı ümid təşkil edirik”:

“Əgər 100 il əvvəlki kimi biz də qorxaq davransaydıq, Samsuna gedib mübarizə başlaya bilməzdik. İstəsələr kayyım atasınlar, təhdid etsinlər, biz yolumuzdan dönməyəcəyik".

Sözcü

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər