Özgür Özəl yenidən CHP sədri seçildi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1171 səs toplayaraq yenidən partiyanın rəhbəri seçilib. Bu barədə “Caliber.az” “Halk” telekanalına istinadla məlumat yayıb.
Bildirilib ki, CHP-nin təşkil etdiyi 21-ci Fövqəladə Qurultayda nümayəndələrin səsverməsi başa çatıb. Qeyri-rəsmi nəticələrə əsasən, sədrliyə yeganə namizəd olan Özgür Özəl yekdilliklə partiya üzvlərinin etimadını qazanıb.
Mənbə: Caliber
Aytən Ağazadə